Yaralı Gəncə sakinləri danışırlar: “Gözlərim tam tutuldu, ayağım da yaralanıb, başım da”

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Diqqət: Görüntülər sarsıdıcı ola bilər.

BBC News Azərbaycanca müxbiri Gəncədən xəbər verir: Əliyevlər ailəsi oktyabrın 11-də gecə saatlarında erməni tərəfinin Gəncəyə atdığı raket nəticəsində zərərçəkmiş sakinlərdəndirlər.

Onlar xəsarət alıblar və indi evsiz qalıblar. Gəncəyə düşən raket nəticəsində azı 9 nəfər ölüb, 30-dan çox sakin yaralanıb, rəsmilər bildirirlər. Ermənistan tərəfi Gəncənin atəşə tutulması məlumatını təkzib edib.

BBC News Azərbaycanca Qarabağ müharibəsi və Gəncədən xəbər və videoları canlı rejimdə yayınlayır. Buradan izləyə bilərsiniz: Qarabağ müharibəsi: Gəncə atəş altında

Həmçinin bax: